image-navai-735x403backend

“Navai” barəsində ittihamlar ağırlaşdırıla bilər – SƏBƏB

Qazaxıstanda saxlanılan Azərbaycan əsilli reper “Navai” (Nəvai Bəkirov) barəsində ittihamlar ağırlaşdırıla bilər.

Bu barədə Qazaxıstan KİV-i məlumat yayıb.

Bildirilir ki, ötən gün “Korday” sərhəd-keçid məntəqəsində narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılan müğənninin qanında qadağan olunmuş maddələr də aşkarlanıb.

Reperin təqsiri sübuta yetirilsə, o 7 il müddətinə avtomobil idarə etmək qadağası və 15 sutka müddətinə inzibati həbslə üzləşəcək

Qanında narkotik vasitələrin tapılması səbəbilə isə reper Qazaxıstanın İnzibati Xətalar Məcəlləsinin 608-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.

Xatırladaq ki, Navai səhnə adı ilə tanınan müğənninin tam adı Nəvai Bəhman oğlu Bəkirovdur. O, Rusiya səhnəsində reper və müğənni kimi tanınır və HammAli & Navai duetinin üzvü olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki