ABŞ Ukrayna ilə bağlı sülh danışıqlarını canlandırmaq məqsədilə Rusiyanın dondurulmuş suveren aktivlərinin bir hissəsinin açılmasını və Vaşinqtonun nəzarətində olan fonda köçürülməsini təklif edib.
İNFOAZ.MEDİA xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Məlumata görə, təklif ötən həftə Mayamidə keçirilən danışıqlar zamanı Stiv Uitkoff və Cared Kuşner tərəfindən irəli sürülüb. Lakin Avropa rəsmiləri aktivlər üzərində nəzarəti itirməyə və onların hər hansı hissəsinin Moskvaya qaytarılmasına qarşı çıxaraq təklifi rədd ediblər.
Bildirilir ki, hazırda Rusiyaya məxsus təxminən 260 milyard avro dəyərində aktiv dondurulmuş vəziyyətdədir. Onların böyük hissəsi Avropa İttifaqı ölkələrində saxlanılır.
Rauf
























