Şimali Koreya Yapon dənizində su altında olan sualtı qayıqdan iki növ qanadlı raket buraxıb. Bu, ölkənin ən böyük sualtı qayığından həyata keçirilən ilk silah sınağı kimi təqdim olunur.
İNFOAZ.MEDİA xəbər verir ki, sınaqlar 2023-cü ildə istismara verilən, modernləşdirilmiş “Romeo” sinifli dizel-elektrik sualtı qayığı “Hero Kim Kun Ok” vasitəsilə həyata keçirilib. Sualtı qayığın təxminən 10 şaquli raket buraxılış qurğusuna malik olduğu bildirilir.
Məlumata görə, raketlərdən biri şaquli buraxılış sistemindən, digəri isə torpedo borusundan atılıb. Cənubi Koreya ordusu hər iki buraxılışı başlanğıcdan sona qədər izlədiyini açıqlayıb.
Rauf

























