Ukrayna Prezidenti Volodimir Zelenski Fransada prezident seçkilərində qalib gələcəyi təqdirdə Ukraynaya maliyyə dəstəyini altı ay ərzində dayandıracağını bildirən Marin Le Penin mövqeyinə münasibət bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Zelenski Ukrayna ordusunun təcrübəsinin və texnoloji imkanlarının tərəfdaş ölkələr üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
O qeyd edib ki, Fransa sənayesi bu texnologiyalar, əməkdaşlıq və birgə istehsal sayəsində inkişaf edə bilər.
Zelenskinin sözlərinə görə, Le Pen məsələnin bəzi təfərrüatları ilə dərindən tanış deyil. O, Ukraynanın tərəfdaşlarına təhlükəsizlik və hərbi təcrübə qazandıracağını bildirib.
Rauf
























