image-6d5f82a8-a50b-4d0e-a18f-3a3d71a6546abackend

Əsgər Orxan Şabanov vəfat etdi

Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin məzunu Orxan Şabanov hərbi xidmət zamanı baş verən faciəvi hadisə nəticəsində həyatını itirib.

İNFOAZ.MEDİA xəbər verir ki, məktəbin kollektivi Orxan Şabanovun xatirəsinə həsr olunan paylaşım edib.

Paylaşımda bildirilib ki, Orxan məktəb illərində nümunəvi davranışı, çalışqanlığı, alicənablığı və yüksək mənəvi keyfiyyətləri ilə seçilib. O, müəllimlərinin və sinif yoldaşlarının hörmətini qazanıb.

Qeyd olunub ki, hərbi xidmət dövründə intizamı və fədakarlığı ilə fərqlənən Orxan döş nişanı və tərifnamələrlə təltif olunub. Lakin xidmət zamanı baş verən faciəvi hadisə onun həyatını yarımçıq qoyub.

Hadisənin hansı şəraitdə baş verdiyini və ölümün səbəbini dəqiqləşdirmək məqsədilə aidiyyəti qurumlara sorğu ünvanlanıb. Qurumların cavabı əldə olunduqdan sonra əlavə məlumat veriləcək.

Təbriz Dünyamalızadə

İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki