Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın reaktiv mühərrikli “Şahid” pilotsuz uçuş aparatlarına qarşı yeni nəsil dron-müdaxilə vasitələrinin hazırlanması üzərində iş aparıldığını bildirib.
İNFOAZ.MEDIA xəbər verir ki, Zelenski qeyd edib ki, yeni sistemlərin hazırlanması və sınaqları davam edir.
“Biz Rusiya istehsalı reaktiv mühərrikli ‘Şahid’ dronlarına qarşı yeni nəsil dron-müdaxilə vasitələrinin hazırlanması üçün istehsalçılarla birgə çalışırıq. Hazırlanma və sınaq işləri davam edir”, – deyə Zelenski bildirib.
Rauf
























