image-friedrich-merz-union-candidate-christian-democratic-union-of-germany-1backend

Merts: “Atlantik okeanının o tayından artıq fərqli külək əsir”

Almaniya kansleri Fridrix Merts ABŞ-ın yeni tarif siyasətinin transatlantik əməkdaşlıq və ticarətə mənfi təsir etdiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Merz deyib:

“Atlantik okeanının o tayından artıq fərqli külək əsir. ABŞ-ın yeni tarif rejiminin nəticəsi olaraq əməkdaşlıq və ticarət əhəmiyyətli dərəcədə azalıb.

Getdikcə daha az dövlət və hökumət başçısının iqtisadi açıqlığın qarşılıqlı faydalarına inandığını görürük. Bunun əvəzinə onlar getdikcə daha çox sıfır məbləğli oyunlar, hətta başqalarından faydalanmaq və şantaj etmək prizmasından düşünürlər.”

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki