Kanadanın Baş naziri Mark Karni ABŞ Prezidenti Donald Trampın ona Ağ Evin qızıl açarını hədiyyə etdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Karni Trampın hədiyyəni təqdim edərkən “Bu, çox xüsusi bir şeydir” dediyini söyləyib. Onun sözlərinə görə, qutunu açdıqda içərisində böyük qızıl açar görüb və bundan təəccüblənib.
Karni bildirib ki, Tramp açarın Ağ Evin açarı olduğunu və onu gətirdiyi təqdirdə içəri buraxılacağını deyib. Daha sonra isə zarafatla “Bəlkə də səni güllələyərlər” ifadəsini işlədib.
Kanada Baş naziri bu dialoqu iki ölkə arasındakı münasibətlərin xarakterini əks etdirən nümunə kimi qiymətləndirib.
Jalə
























