Malayziya İsrailə gedən daha 3 konteyneri ələ keçiribbackend

Malayziya İsrailə gedən daha 3 konteyneri ələ keçirib

Malayziya İsrailə göndərilən daha üç konteyneri Tanjung Pelepas limanında saxlayıb. Bu addım İsraillə əlaqəli yük daşımalarına nəzarətin gücləndirildiyini göstərir.

İNFOAZ.MEDİA xəbər verir ki, “Bloomberg”in məlumatına görə, Çindən İsrailin Aşdod limanına göndərilən və elektrik velosipedi hissələri daşıdığı bildirilən konteynerlər avqustun 19-da saxlanılıb və hazırda tutulmuş vəziyyətdədir.

Bundan əvvəl, avqustun 7-də İsrailin “Elbit Systems” müdafiə şirkətinə göndərilən başqa bir konteyner də içərisində silah ola biləcəyi şübhəsi ilə ələ keçirilib.

Malayziya İsraillə birbaşa ticarəti qadağan edir. Bununla belə, tranzit yüklər adətən bu qadağadan istisna olunur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki