Peyk görüntüləri sentyabrın 10-da Səudiyyə Ərəbistanında neft kəmərinə edilən PUA hücumu zamanı iki nasos stansiyasının vurulduğunu göstərir.
İNFOAZ.MEDİA xəbər verir ki, Mədinə yaxınlığındakı stansiyada 12 hektarlıq yanğın izi və səhraya neft sızması qeydə alınıb. 2019-cu ildə də hücuma məruz qalan 9 saylı nasos stansiyasında isə əsas xam neft nasos qurğularına ziyan dəyib.
Sözügedən kəmər Səudiyyə Ərəbistanına Hörmüz boğazından yan keçməyə imkan verən əsas marşrutlardan biri olub və gündə 4-5 milyon barrel neft daşımaq gücünə malikdir.
Təmir müddəti ilə bağlı qiymətləndirmələr fərqlidir. Kəmərin qismən fəaliyyətinin bir neçə gün ərzində bərpa edilə biləcəyi, tam gücə qayıtmasının isə 6-8 həftə çəkə biləcəyi bildirilir.
ABŞ-ın energetika naziri kəmərin “tezliklə yenidən fəaliyyət göstərəcəyini” bildirib.
Kəmər bu gün etibarilə hələ də fəaliyyət göstərmir.
Jalə
























