Mark Karnibackend

Karni ABŞ-a müraciət etdi: “Kanada həmişə sizin qonşunuz olacaq”

Kanadanın Baş naziri Mark Karni ABŞ-a müraciət edərək iki ölkə arasındakı münasibətlərin əhəmiyyətini vurğulayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Karni bildirib ki, Kanada həmişə ABŞ-ın qonşusu olaraq qalacaq və bir sıra mühüm sahələrdə ölkənin ən vacib tərəfdaşı olmağa davam edəcək.

O qeyd edib ki, uzun tarix ərzində fikir ayrılıqları yaşansa da, Kanada və ABŞ arasında dərin əlaqələr həmişə qorunub.

Baş nazir belə münasibətlərin tərəflərin bir-birinin ənənələrinə və suverenliyinə hörmət edən həqiqi tərəfdaşlar kimi əməkdaşlıq etdiyi zaman daha uğurlu olduğunu vurğulayıb.

Karni əlavə edib ki, gələcəkdə yeni imkanlar yarandıqda Kanada daha güclü, dayanıqlı və müstəqil tərəfdaş kimi ABŞ-la qarşılıqlı iqtisadi və təhlükəsizlik maraqlarının inkişafına hazır olacaq.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki