ABŞ Dövlət katibinin müavini Kris Landau Belqradda keçiriləcək “Expo 2027” sərgisində ABŞ pavilyonu üçün nəzərdə tutulan öküz heykəlinin quraşdırılması planını təxirə salıb.
İNFOAZ.MEDİA xəbər verir ki, “Axios”un məlumatına görə, Landau heykəlin təsvirinin qədim Kənan tanrısı Baal və ya Bibliyada bəhs edilən “qızıl buzov” obrazına bənzəyə biləcəyindən narahat olub.
Landau avqustun 19-da heykəlin simvolik mənası ilə bağlı elektron məktub yayıb. Bu addım bəzi Dövlət Departamenti əməkdaşlarının istehzasına səbəb olub. Onlar hadisənin Landau-nun internetdəki qeyri-adi mübahisələrə həddindən artıq diqqət yetirməsi tendensiyasını əks etdirdiyini bildiriblər.
Hazırda rəsmilər öküz konsepsiyasını qorumaq, lakin onun satanist və ya bütpərəst simvollarla əlaqələndirilməsinin qarşısını almaq üçün variantları müzakirə edirlər.
Rauf
























