ABŞ ilk dəfə orbitdə yerləşdirdiyi hücum xarakterli kosmik silahın mövcudluğunu açıq şəkildə təsdiqləyib.
İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin katibi Troy Meink silahın artıq orbitdə olduğunu və onun “kosmosa nəzarət” məqsədilə, həmçinin ABŞ qüvvələrini düşmən tərəfin hərəkətlərindən qorumaq üçün nəzərdə tutulduğunu bildirib.
ABŞ rəsmisinin sözlərinə görə, bu imkan ABŞ hərbçilərini və ya peyklərini hədəfə alan düşmən peyklərini sıradan çıxarmaq və ya məhv etmək üçün potensial olaraq istifadə edilə bilər.
“Washington Post”un məlumatına görə, bu, Vaşinqtonun orbitdə hücum xarakterli imkanını ilk dəfə açıq şəkildə təsdiqləməsi hesab olunur.
Jalə
























