İranda “Sepehran Airlines” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra təkərinin partlaması və mühərrikində zədələnmə baş verdiyi bildirildikdən sonra Məşhəd hava limanına geri qayıdıb.
İNFOAZ.MEDİA xəbər verir ki, təyyarə Məşhəddən Kermanşaha uçuş həyata keçirirdi.
Təyyarənin daxilində çəkilən görüntülərdə sərnişinlərin gərgin anlar yaşadığı əks olunub.
Rauf
























