Mark Karnibackend

Karni: ABŞ-la ticarətin böyük hissəsi tarifsizdir

Kanadanın Baş naziri Mark Karni ABŞ-la geniş mənada açıq ticarətin davam etdiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Karni qeyd edib ki, Kanadanın ABŞ-a ixrac etdiyi məhsulların 80 faizi tariflərdən azaddır. O, ABŞ-ın Kanadaya ixracının daha böyük hissəsinin də tarifsiz olduğunu vurğulayıb.

Baş nazir iki ölkə arasında qarşılıqlı faydalı ticarət razılaşmasının mümkün olduğunu deyib:

“Belə bir razılaşma əldə etmək mümkündür. Bunun üçün doğru zaman gəldikdə biz buna hazır olacağıq.”

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki