Cəlilabad və Masallı rayonlarının ərazisində güclü duman müşahidə olunur.
Hazırda Ələt-Astara magistral yolunun bu rayonlardakı ayrı-ayrı hissələrində duman səbəbindən görünüş məsafəsi təxminən 100 metr təşkil edir.
Hazırda magistral yolda nəqliyyat vasitələrinin hərəkəti davam edir.
























