image-aefacc52cf833f0f799211dcb769562ebackend

Ukrayna öz “Patriot” analoqu üzərində işləyir

Ukrayna özünün hava hücumundan müdafiə sisteminin yeni versiyasını hazırlayır.

İNFOAZ.MEDİA xəbər verir ki, hazırlanan sistem ABŞ istehsalı MIM-104 Patriot-a bənzər funksiyalara malik olacaq və həm dronları, həm də qanadlı və ballistik raketləri vurmaq qabiliyyətinə sahib olacaq.

Layihə üzərində işləyən şirkətin əvvəllər “Bebradron” adlı pilotsuz uçuş aparatını hazırladığı bildirilir.

Məlumata görə, bu sistem Ukraynanın hava müdafiə imkanlarını gücləndirməyi və müasir hava hücumlarına qarşı daha müstəqil müdafiə yaratmağı hədəfləyir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki