image-070623defenderphoto01backend

Tramp ABŞ qoşunlarını Almaniyadan çıxarmağı gündəmə gətirib – Pentaqon gözlənilməz vəziyyətdə

ABŞ prezidenti Donald Tramp Almaniyada yerləşən Amerika hərbi qüvvələrinin çıxarılması ehtimalını gündəmə gətirib. Bu addımın Pentaqon daxilində gözlənilməz qarşılandığı bildirilir.

İNFOAZ.MEDİA xəbər verir ki, Pentaqon rəsmiləri belə bir qərarın gündəmə gələcəyini gözləmədiklərini və hazırda qoşun sayının azaldılması ilə bağlı konkret planın olmadığını deyiblər. Hətta son aparılan daxili araşdırmalar da qüvvələrin azaldılmasını tövsiyə etməyib.

Almaniya hazırda ABŞ-ın Avropadakı əsas hərbi dayaqlarından biri hesab olunur və burada təxminən 35–40 min amerikalı əsgər yerləşir.

Rauf

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki