image-teqvimbackend

Mayda neçə gün evdəyik?

2026-cı ilin may ayında qeyri-iş günləri açıqlanıb. Təqvimə əsasən, may ayında həm həftə sonları, həm də rəsmi bayramlar çərçivəsində bir sıra istirahət günləri nəzərdə tutulub.

5 günlük iş rejimi ilə çalışanlar üçün 2, 16, 23 və 30 may tarixləri şənbə günlərinə təsadüf edərək qeyri-iş günü olacaq. Bazar günləri olan 3, 10, 17, 24 və 31 may isə ənənəvi istirahət günləri olacaq.

9 may – faşizm üzərində Qələbə Günü ilə əlaqədar qeyri-iş günü sayılacaq. Şənbə gününə təsadüf edən bu tarixlə əlaqədar olaraq 11 may əlavə istirahət günü kimi müəyyən edilib.

Mayın sonunda isə ardıcıl bayram günləri qeyd olunacaq. 27 may Qurban bayramı, 28 may isə həm Müstəqillik Günü, həm də Qurban bayramına təsadüf edir. Bu səbəbdən 29 may qeyri-iş günü olaraq müəyyən edilib və iş günü dəyişdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki