Türkiyənin müdafiə sənayesi şirkəti ASELSAN özünün LGK (Lazer Güdüm Kiti) sisteminin istehsal və tətbiq prosesini ictimaiyyətə təqdim edib.
İNFOAZ.MEDİA xəbər verir ki, şirkətin nümayiş etdirdiyi görüntülərdə sistemin bütün istehsal zənciri əks olunub: avtomatlaşdırılmış kütləvi istehsal, dəqiq montaj, böyük həcmdə ehtiyatlanma və canlı atış sınaqları.
LGK sistemi idarə olunmayan aviabombaları lazerlə idarə olunan dəqiq zərbə silahlarına çevirir. Bu texnologiya hədəf dəqiqliyini artırmaq və hərbi əməliyyatlarda effektivliyi yüksəltmək məqsədi daşıyır.
Məlumata görə, bu sistem Türkiyənin müdafiə qabiliyyətini gücləndirən əsas layihələrdən biri hesab olunur.
Rauf
























