image-robert_fitsobackend

Robert Fitso beynəlxalq təşkilatları tənqid edib

Robert Fitso Birləşmiş Millətlər Təşkilatının (BMT) fəaliyyətini və qlobal güclərin hərbi müdaxilələrini sərt şəkildə tənqid edib.

İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, BMT yaradılarkən məqsəd sülhün təmin olunması və hərbi gücdən yalnız zəruri hallarda istifadə edilməsi idi. Lakin hazırkı vəziyyətin bu prinsiplərdən uzaqlaşdığını deyən Fitso təşkilatı “gülünc vəziyyətə düşmüş” kimi xarakterizə edib.

Baş nazir müxtəlif münaqişələrə toxunaraq sual edib:

ABŞ-ın İraqdakı hərəkətlərini kim dayandırdı?

Rusiyanın Ukraynaya müdaxiləsini kim dayandırdı?

ABŞ-ın İran və Venesuela ilə bağlı addımlarına kim mane oldu?

Fitso bu fikirləri ilə beynəlxalq hüququn zəiflədiyini və böyük dövlətlərin daha sərbəst hərəkət etdiyini bildirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki