ABŞ-ın iri enerji şirkətləri ExxonMobil və Chevron qlobal enerji böhranı fonunda hasilatı artırmaq üçün edilən çağırışlara müsbət cavab verməyib.
İNFOAZ.MEDİA xəbər verir ki, Donald Tramp tərəfindən edilən təzyiqlərə baxmayaraq, şirkətlər mövcud strategiyalarını dəyişmək niyyətində olmadıqlarını bildiriblər. Neft qiymətləri İran müharibəsindən sonra kəskin artsa da, şirkət rəhbərləri bu vəziyyəti qısamüddətli hesab edir.
Rəhbərlik vurğulayır ki, onların əsas prioriteti sürətli hasilat artımı deyil, uzunmüddətli gəlir və sabit pul axınıdır. Bundan əlavə, qeyd olunur ki, texniki və logistik səbəblərə görə neft hasilatını qısa müddətdə əhəmiyyətli dərəcədə artırmaq mümkün deyil.
Jalə
























