Analitik platforma Nansen-in məlumatına görə, təxminən 1 milyon investor Trampın rəsmi kriptovalyutasına yatırdığı vəsait nəticəsində ümumilikdə 3,8 milyard dollar zərər edib.
İNFOAZ.MEDİA xəbər verir ki, bildirilib ki, token satışa çıxarıldıqdan sonra qiyməti pik səviyyə olan 75 dollardan 1,76 dollara qədər enərək təxminən 97 faiz dəyər itirib. Nəticədə, alıcıların təxminən üçdə ikisi zərərlə üzləşib.
Məlumata əsasən, ABŞ Prezidenti Donald Tramp isə bu layihədən əhəmiyyətli maliyyə qazancı əldə edib. İddialara görə, Trampın bu layihədən əldə etdiyi gəlir 636 milyon dollar təşkil edib.
Rauf
























