ABŞ Prezidenti Donald Tramp bildirib ki, Çin lideri Si Tsinpin ilə görüşdə İran məsələsini də müzakirə edib.
İNFOAZ.MEDİA xəbər verir ki, Trampın sözlərinə görə, Si Tsinpin Çinin İrana hərbi avadanlıq göndərməyəcəyini bildirib və bunu “böyük açıqlama” adlandırıb.
ABŞ prezidenti əlavə edib ki, Çin eyni zamanda İrandan böyük həcmdə neft aldığını və bu ticarəti davam etdirmək istədiyini də vurğulayıb.
Rauf
























