Suriya keçmiş prezident Bəşər Əsədin gizli kimyəvi silah proqramından qalan vasitələrin məhv edilməsinə başlayıb. Bu, ölkədə 2014-cü ildən bəri kimyəvi silahların ilk dəfə beynəlxalq səviyyədə təsdiqlənmiş məhvidir.
İNFOAZ.MEDİA xəbər verir ki, Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatı (OPCW) 42 aviasiya bombasının geri dönməz şəkildə məhv edildiyini təsdiqləyib.
Suriya hakimiyyəti isə əlavə olaraq kimyəvi silahların istehsalı və saxlanılması ilə bağlı yeni obyektlərin aşkarlandığını açıqlayıb.
Jalə
























