image-f250309-ys-32backend

Smotriç – “Fələstin dövlətinin yaradılması ideyasını de-fakto dayandırmaq lazımdır”

İsrailin maliyyə naziri Bezalel Smotriç bəyan edib ki, mövcud siyasi şərait “Fələstin dövlətinin yaradılması ideyasını faktiki olaraq dayandırmaq üçün fürsət pəncərəsi” yarada bilər.

İNFOAZ.MEDİA xəbər verir ki, Smotriç bildirib ki, həm ABŞ-da “dost administrasiya”, həm də İsraildə sağçı hökumətin olması bu məqsəd üçün əlverişli vəziyyət formalaşdırır.

Onun sözlərinə görə, bu dövr “İsrail torpaqlarının mərkəzində Fələstin dövlətinin yaradılması ideyasını de-fakto şəkildə aradan qaldırmaq” üçün istifadə edilməlidir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki