Səudiyyə Ərəbistanı bölgədə artan gərginliyi azaltmaq məqsədilə İran ilə Yaxın Şərq üzrə qarşılıqlı hücum etməmə müqaviləsi ideyasını gündəmə gətirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Ər-Riyad ABŞ-İsrail müharibəsindən sonra regiondakı vəziyyətin idarə olunması üçün 1970-ci illərdə Avropada gərginliyi azaltmağa kömək edən “Helsinki modelini” nümunə kimi nəzərdən keçirir.
Məlumata əsasən, Səudiyyə Ərəbistanı zəifləsə də, hələ də region üçün təhlükə hesab edilən İranla yeni təhlükəsizlik mexanizmi formalaşdırmağa çalışır. Bu təşəbbüsə bəzi Avropa ölkələri və ərəb dövlətlərinin də dəstək verdiyi bildirilir.
Rauf
























