image-5821084638334619819backend

Rusiyada depressiya halları kəskin artıb: Əhalinin yarısına yaxını özünü depressiyada hiss edir

Rusiyanın Elmlər Akademiyasının keçirdiyi yeni sorğu ölkədə psixoloji vəziyyətin pisləşdiyini ortaya qoyub.

İNFOAZ.MEDİA xəbər verir ki, TVP World-un məlumatına görə, iyul ayında rusiyalıların 49%-i depressiya əlamətləri yaşadığını bildirib. Bu göstərici fevral ayında 42% təşkil edib. Eyni zamanda, narahatlıq və depressiya ilə narahatlığın birlikdə müşahidə olunduğu hallar da əhəmiyyətli dərəcədə artıb.

Tədqiqatçılar vəziyyətin əsas səbəbləri kimi iqtisadi pessimizmin dərinləşməsini və müharibənin yaxın zamanda başa çatacağına dair ümidlərin azalmasını göstərirlər. Xüsusilə 25-34 yaş arası gənclər və aşağı gəlirli əhali qrupları daha çox təsirlənir.

Sorğuya əsasən, hazırda rusiyalıların yalnız 38%-i öz həyatlarına nəzarət etdiyini düşünür. 2022-ci ilin aprelində bu göstərici 67% olub.

Bununla yanaşı, Rusiyada antidepressant satışları ardıcıl üç ildir rekord həddə çatır. 2022-ci ildən bəri antidepressant satışlarının 41% artdığı bildirilir.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, artan psixoloji gərginlik Rusiyanın onsuz da ciddi olan demoqrafik problemini daha da dərinləşdirə bilər. Xüsusilə gənclərin uşaq sahibi olmağı getdikcə daha çox təxirə salması narahatlıq doğurur.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki