rusiya bayrağı kremlbackend

Rusiya Talibanla “tam hüquqlu tərəfdaşlıq” qurduğunu açıqladı

Rusiya Əfqanıstanın Taliban hökuməti ilə “tam hüquqlu tərəfdaşlıq” qurduğunu açıqlayıb.

İNFOAZ.MEDİA xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Moskva Kabul ilə təhlükəsizlik, ticarət, mədəniyyət və humanitar yardım sahələrində əməkdaşlığı genişləndirir.

Şoyqu həmçinin region ölkələrini Əfqanıstanla əlaqələri daha da inkişaf etdirməyə çağırıb.

Qeyd edək ki, Rusiya 2025-ci ildə Taliban hökumətini rəsmi olaraq tanıyıb və təşkilatı terror siyahısından çıxarıb.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki