Rusiya kritik infrastrukturu dron hücumlarından qorumaq üçün mühafizə tədbirlərini gücləndirməkdə davam edir.
İNFOAZ.MEDİA xəbər verir ki, yayılan görüntülərdə Moskva vilayətindəki yanacaq anbarlarının dron hücumlarına qarşı xüsusi qoruyucu konstruksiyalarla təchiz edildiyi görünür.
Rusiyada enerji və digər mühüm infrastruktur obyektlərinin dronlardan qorunması üçün tədbirlərin artırılması Ukraynanın Rusiya ərazisinin dərinliklərindəki obyektlərə zərbələri fonunda həyata keçirilir.
Jalə
























