ABŞ dövlət katibi Marko Rubio Çinin hərbi gücünün son 10 ildə sürətlə artdığını bildirib.
Rubionun sözlərinə görə, Pekin ordusuna “milyardlarla və milyardlarla dollar” sərmayə yatırıb və bu artımın miqyası misilsizdir.
O qeyd edib ki, Çinin hərbi ambisiyaları yalnız Tayvanla məhdudlaşmır və ölkə gələcəkdə ABŞ kimi qlobal güc proyeksiyası həyata keçirmək niyyətində ola bilər.
Rubio əlavə edib ki, Çin hazırda hələ ABŞ-dan geri qalsa da, şübhəsiz şəkildə dünyanın ikinci ən güclü hərbi qüvvəsinə çevrilib.
Rauf
























