image-afp_6a0570e80563-1778741480backend

Rubio – ABŞ bunu “ciddi səhv” hesab edir

ABŞ dövlət katibi Marko Rubio Çinin Tayvanla bağlı mövqeyinə dair açıqlama verib.

İNFOAZ.MEDİA xəbər verir ki, Rubio bildirib ki, Pekinin üstünlük verdiyi ssenari Tayvanın könüllü şəkildə Çinə birləşməsi ola bilər. Onun sözlərinə görə, “ideal vəziyyətdə” Çin Tayvanda referendum və ya səsvermə yolu ilə bu birləşmənin baş verməsini istəyə bilər.

ABŞ rəsmisi qeyd edib ki, bu məsələ Çin lideri Si Tsinpin üçün prioritet siyasi hədəflərdən biridir və Pekin bunu “yenidən birləşmə” kimi təqdim edir.

Rubio əlavə edib ki, ABŞ güc tətbiqi ilə belə bir prosesin həyata keçirilməsini “ciddi səhv” hesab edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki