Növbəti mövsüm Türkiyə Super Liqasında çıxış edəcək “Amedspor” Qurban Qurbanovu baş məşqçi postuna gətirmək istəyir.
Diyarbəkir təmsilçisi təcrübəli mütəxəssisə 2 milyon avro məvacib verməyi düşünür.
Q. Qurbanovun onların 4 namizədindən biridir. Digər namizədlər isə Yürgen Klinsman, Cennaro Qattuzo və Con Heytinqadır.
Qeyd edək ki, “Amedspor” tarixində ilk dəfə Türkiyə Super Liqasına vəsiqə qazanıb. Onlar növbəti mövsüm iddialı bir komanda qurmaq istəyir. (xitab24.az)
























