Fransa Prezidenti Emmanuel Makron qlobal ticarətdə rəqabət şərtlərinin ədalətli olmadığını bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Makron qeyd edib ki, ABŞ və Çin öz bazarlarını qoruyur, inkişaf etməkdə olan bazarlarda isə tarif və qeyri-tarif maneələri mövcuddur. Onun sözlərinə görə, Avropa isə öz bazarını hamı üçün açıq saxlayır.
Makron bildirib ki, Çindən və ya digər ölkələrdən Avropaya daxil olan avtomobil Avropadakı rəqibindən səkkiz dəfə çox subsidiya alıbsa, bunun ədalətli olmadığını düşünür.
“Rəqabət qaydalarını düzəltməliyik”, – deyə Makron vurğulayıb.
Rauf
























