Fransa Prezidenti Emmanuel Makron Avropanın iqtisadi rəqabət qabiliyyəti və Çinlə ticarət əlaqələri barədə danışıb.
İNFOAZ.MEDİA xəbər verir ki, Makron bildirib ki, Avropanın rəqabət qabiliyyətində əsas amillərdən biri Rusiyadan gələn ucuz qaz olub və bu, 2022-ci ildə başa çatıb.
Onun sözlərinə görə, Avropanın əsas ixrac bazarlarından biri olan Çinlə bağlı vəziyyət də dəyişib. Makron hazırda Avropanın Çinlə ticarətdə kəsirə malik olduğunu və hər gün 1 milyard avro həcmində ticarət itkisi yaşandığını bildirib.
Makron qeyd edib ki, iki il əvvəl bir neçə Avropa ölkəsi Çinlə ticarətdə xalis ixracatçı olaraq qalırdı. Onun sözlərinə görə, Almaniya da 2025-ci ilə qədər Çinə xalis ixracatçı olub, lakin bu vəziyyət artıq dəyişib.
Jalə
























