ABŞ-ın İrana qarşı təzyiq kampaniyası nəticəsində İran və ya İranla əlaqəli onlarla neft tankerinin Asiya sularında qaldığı bildirilir.
İNFOAZ.MEDİA xəbər verir ki, “Wall Street Journal”ın məlumatına görə, sanksiya riskləri səbəbindən gəmilər limanlara daxil ola və təchizat xidmətlərindən istifadə edə bilmirlər.
Yalnız Şri-Lanka yaxınlığında təxminən 20 boş tankerin hərəkətsiz qaldığı, ekipajların ərzaq, yanacaq və içməli su çatışmazlığı ilə üzləşdiyi bildirilir.
ABŞ Şri-Lanka və digər ölkələrə sanksiya tətbiq olunan gəmilərə xidmət göstərməməyə çağırıb.
Rauf
























