image-im-57463488backend

ABŞ Rusiyanın “A7” ödəniş şirkətinə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Rusiyanın “A7” ödəniş şirkətinə qarşı sanksiyalar tətbiq edib.

İNFOAZ.MEDİA xəbər verir ki, ABŞ tərəfi şirkəti Rusiya, İran və digər sanksiya tətbiq olunan qurumlara Qərb məhdudiyyətlərindən yayınmağa kömək edən transmilli cinayətkar təşkilat kimi qiymətləndirib.

Məlumata görə, “A7” 70-dən çox saxta şirkətdən, kriptovalyutalardan və süni intellektlə hazırlanmış saxta ticarət sənədlərindən istifadə edərək maliyyə vəsaitlərinin köçürülməsini təşkil edib. Şirkətin müştərilərə silah və dronlarda istifadə olunan komponentlər də daxil olmaqla müxtəlif məhsulların alınmasına kömək etdiyi bildirilir.

ABŞ həmçinin İranın avtomobil, dəmir yolu və mədənçilik sektorlarına qarşı sanksiyaları sərtləşdirib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki