Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə görüşündə iki ölkə arasında 30 günlük vizasız rejimin biznes və humanitar əlaqələrin inkişafına mühüm töhfə verdiyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Putin qeyd edib ki, bu təşəbbüsü Si Cinpin ötən il sentyabrın 2-də Pekində keçirilən görüş zamanı irəli sürüb və Rusiya tərəfi onu dəstəkləyib. Hazırda vizasız rejimin 2027-ci ilin sonunadək qüvvədə olduğu bildirilib.
Rusiya liderinin sözlərinə görə, nəticələr dərhal özünü göstərib və ilin ilk yarısında iki ölkə arasında turist axını 43% artıb.
Putin bildirib ki, Çin tərəfi bunu mümkün və faydalı hesab edərsə, vizasız rejimin daimi əsasda tətbiqinə keçid üzrə birgə işləməyə hazırdır.
Rauf
























