Putinbackend

Putin Modiyə: Rusiya-Hindistan münasibətləri daha da güclənir

Rusiya Prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modiyə bildirib ki, Rusiya-Hindistan münasibətləri xüsusi imtiyazlı strateji tərəfdaşlıq prinsipləri əsasında daha da möhkəmlənir.

İNFOAZ.MEDİA xəbər verir ki, Putin qeyd edib ki, iki ölkə arasındakı əlaqələrin inkişafına Modinin Rusiya-Hindistan münasibətlərinə xüsusi diqqəti, eləcə də liderlər arasında formalaşmış isti, səmimi və dostluq münasibətləri mühüm töhfə verir.

Rusiya lideri bu diqqətinə görə Narendra Modiyə təşəkkür edib.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki