image-media-erdogan-pezeskian-isc0phbackend

Pezeşkian Ərdoğan ilə danışdı

İran Prezidenti Pezeşkian Türkiyənin ABŞ və İsrailin İranı hədəf alan hücumlarını pisləyən mövqeyini, eləcə də türk xalqının İranla nümayiş etdirdiyi həmrəyliyi yüksək qiymətləndirdiklərini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Pezeşkian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı aparıb.

Telefon söhbəti zamanı tərəflər regiondakı gərginliyin aradan qaldırılması və müharibənin dayandırılması üçün mümkün həll yolları ətrafında fikir mübadiləsi ediblər.

Pezeşkian həmçinin İranın üzləşdiyi hərbi hücumların dayandırılması istiqamətində göstərilən səylərə görə bəzi dost və qonşu ölkələrə təşəkkür edib.

EMİN
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki