image-the-obamas-potusbackend

Obama – İranın zənginləşdirilmiş uranının 97%-ni ölkədən çıxarmışdıq

ABŞ-ın sabiq prezidenti Barak Obama İran nüvə sazişini müdafiə edərək bildirib ki, razılaşma hərbi müdaxilə olmadan əldə edilmişdi.

İNFOAZ.MEDİA xəbər verir ki, Obama qeyd edib ki, “biz bunu bir raket belə atmadan bacardıq. İranın zənginləşdirilmiş uranının 97%-ni ölkədən çıxardıq”.

O əlavə edib ki, sazişin işlədiyi ilə bağlı heç bir mübahisə yoxdur və bunun üçün “nə çox sayda insanın öldürülməsinə, nə də Hörmüz boğazının bağlanmasına ehtiyac qalmamışdı”.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki