image-5776316858473582043backend

Kiyevdə matəm elan olundu

Rusiyanın gecə saatlarında Kiyev şəhərinə həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumu nəticəsində 9 mərtəbəli yaşayış binası çöküb.

İNFOAZ.MEDİA xəbər verir ki, hücum zamanı binadakı 18 mənzil tamamilə dağılıb. İlkin məlumata görə, azı 7 nəfər, o cümlədən bir uşaq həyatını itirib. Təxminən 20 nəfərin isə dağıntılar altında qaldığı bildirilir.

Şəhər rəhbərliyi mayın 15-ni matəm günü elan edib. Xilasetmə əməliyyatları davam edir.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki