Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallas “Avropa ordusu” ideyasına dair açıqlama verib.
İNFOAZ.MEDİA xəbər verir ki, o bildirib ki, əlavə bir ordu yaradılması ideyasını dəstəkləmir, çünki hər bir üzv ölkənin artıq öz milli ordusu mövcuddur.
Kallasın sözlərinə görə, mövcud hərbi qüvvələr NATO çərçivəsində istifadə edilirsə, onların eyni zamanda başqa bir paralel strukturda da yerləşdirilməsi mümkün deyil:
“Əgər bu ordunu NATO-ya ayırırsansa, onu başqa yerdə istifadə edə bilməzsən — eyni zamanda paralel bir ordu yaratmaq olmaz.”
Rauf
























