image-kazakistan-da-kafede-gaz-patlamasi-7-olu-19-y-19607367_ampbackend

Kafedə partlayış – 7 ölü,19 yaralı

Qazaxıstanın Şuçinsk (Shchuchinsk) qəsəbəsində bir kafedə baş verən qaz sızması nəticəsində partlayış olub.

İNFOAZ.MEDİA xəbər verir ki,Qazaxıstanın Akmola vilayətinin Burabay rayonuna bağlı Şuçinsk istirahət qəsəbəsində, yaşayış binasına bitişik bir mərtəbəli kafedə qaz sızması səbəbindən güclü partlayış baş verib. Gecə saatlarında baş verən partlayışdan sonra bina qısa müddətdə alovlara bürünüb. Yanğın tamamilə söndürülüb.

Məlumata görə, 5 nəfər hadisə yerində, 2 nəfər isə xəstəxanada həyatını itirib. Xilasetmə qrupları dağıntılar altından 10-dan çox insanı xilas edib və binadan 8 ədəd qaz balonu çıxarıb.

EMİN,
İNFOAZ.MEDİA


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki