Pakistanın İslamabad şəhərində uzaqdan idarə olunan avtomobilin nümayişi qəza ilə nəticələnib.
İNFOAZ.MEDİA xəbər verir ki, D-Çovk ərazisində keçirilən nümayiş zamanı jurnalist avtomobilin ön sərnişin oturacağında əyləşərək çəkiliş aparıb və Pakistanın istedadından danışıb. Lakin bir neçə saniyə sonra internet bağlantısı kəsilib, avtomobilin idarəetməsi sıradan çıxıb və maşın park edilmiş polis avtomobilinə çırpılıb.
Avtomobilin ixtiraçısının daha əvvəl bağlantı kəsildiyi təqdirdə sistemin avtomatik dayanacağını bildirdiyi qeyd olunur. Lakin nümayiş zamanı bu təhlükəsizlik funksiyası işləməyib.
Sonradan İslamabad polisi hadisəni araşdırıb və bunun texniki sınaq zamanı baş vermiş səhv olduğunu, cinayət əlaməti aşkar edilmədiyini açıqlayıb. İxtiraçı isə qəzanın yanlış idarəetmə düyməsinin basılması nəticəsində baş verdiyini bildirib.
Rauf
























