image-5882037057557827292backend

İranın dondurulmuş milyardları haradadır? – Vəsaitlərin yerləşdiyi ölkələr açıqlandı

İranın xaricdə dondurulmuş milyardlarla dollar dəyərində aktivləri yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.

İNFOAZ.MEDİA xəbər verir ki, söhbət əsasən İranın neft satışlarından əldə etdiyi gəlirlər və xarici valyuta ehtiyatlarından gedir. Bu vəsaitlər illər ərzində tətbiq edilən sanksiyalar səbəbindən müxtəlif ölkələrdə bloklanıb. Ümumi məbləğlə bağlı fərqli hesablamalar olsa da, qiymətləndirmələr təxminən 100 milyard dollardan artıq vəsaitdən bəhs edir.

Məlumatlara əsasən, İranın ən böyük həcmdə dondurulmuş aktivləri əsasən Çində saxlanılır. Bundan əlavə, vəsaitlərin bir hissəsi Hindistan, Cənubi Koreya, İraq, Yaponiya, Qətər, Oman, Lüksemburq və qismən ABŞ-da yerləşir.

Jalə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki