“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask süni intellektin dünya iqtisadiyyatına böyük təsir göstərəcəyini bildirib.
İNFOAZ.MEDİA xəbər verir ki, Maskın sözlərinə görə, süni intellekt qlobal iqtisadiyyatı təxminən 20-30 faiz artıra bilər. O, bunun illik 20-30 trilyon dollar həcmində əlavə iqtisadi dəyər yaradılması demək olduğunu qeyd edib.
“Bu, mənim təxmini hesablamamdır. Söhbət ildə təxminən 20-30 trilyon dollardan gedir”, – Mask deyib.
O əlavə edib ki, gələn ilin sonunadək süni intellekt rəqəmsal sahədə insanın gördüyü demək olar ki, istənilən işi yerinə yetirə biləcək. Maskın fikrincə, yalnız atomların fiziki olaraq əllə formalaşdırılmasını tələb edən işlər bu çərçivədən kənarda qala bilər.
Jalə
























