Financial Times (FT) qəzetinin yaydığı məlumata görə, Yunanıstana məxsus gəmiçilik şirkətləri 2023-cü ilin iyul ayından etibarən G7 ölkələrinin tətbiq etdiyi Rusiya neftinə qiymət tavanı rejimi dövründə bu ölkənin neftinin daşınmasından azı 3,8 milyard dollar gəlir əldə ediblər.
İNFOAZ.MEDİA xəbər verir ki, ən yüksək gəliri “Dynacom Tankers” əldə edib. Şirkətin qazancı təxminən 915 milyon dollar təşkil edib.
İkinci yerdə “Onassis Group”-a məxsus “Olympic Shipping” qərarlaşıb. Şirkətin bu fəaliyyətindən əldə etdiyi gəlirin 404 milyon dollar olduğu bildirilir.
Bundan başqa, “Stealth Maritime” və “Polembros Shipping” şirkətlərinin hər birinin Rusiya neftinin daşınmasından 200 milyon dollardan çox gəlir əldə etdiyi qeyd olunub.
Bu gəlirlər G7-nin Rusiya neftinə tətbiq etdiyi qiymət tavanı mexanizmi qüvvədə olduğu dövrdə formalaşıb.
























