Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran Prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb. Telefon danışığı zamanı tərəflər Türkiyə–İran ikitərəfli münasibətlərinin mövcud vəziyyətini, eləcə də bölgədə son dövrlər artan hərbi gərginliklə bağlı məsələləri müzakirə ediblər.
İNFOAZ.MEDİA xəbər verir ki, Prezidentlər Ankara ilə Tehran arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıb, regional hadisələrə xüsusi diqqət yetiriblər.
Danışıq zamanı Rəcəb Tayyib Ərdoğan Türkiyənin İranla ABŞ arasında yaranmış gərginliyin azaldılması və mövcud problemlərin diplomatik yollarla həlli məqsədilə vasitəçilik etməyə hazır olduğunu vurğulayıb.
Türkiyə Prezidenti həmçinin bildirib ki, gün ərzində hazırda Türkiyədə səfərdə olan İranın xarici işlər naziri ilə görüş keçirməyi planlaşdırır.
Rauf
























