Ərdoğanbackend

Ərdoğan: İsrail işğal siyasətini Beyrutun dərinliklərinə qədər genişləndirir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili sərt tənqid edərək, ölkənin Livandakı hərbi əməliyyatlarının miqyasını genişləndirdiyini bildirib.

İNFOAZ.MEDİA xəbər verir ki, Ərdoğan çıxışında İsraili “sionist qətliam şəbəkəsi” adlandıraraq, onun işğal və müdaxilə siyasətini getdikcə daha da genişləndirdiyini vurğulayıb.

“Cənubi Livandan başlayaraq Beyrutun daha dərin bölgələrinə qədər uzanan işğal və işğalçılıq siyasəti hər ötən gün daha da ehtiyatsız şəkildə genişlənir”, – deyə Türkiyə lideri qeyd edib.

Ərdoğan bölgədə gərginliyin artmasından narahatlığını ifadə edərək, beynəlxalq ictimaiyyəti vəziyyətə qarşı daha fəal mövqe tutmağa çağırıb.

Rauf


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki